Tramp birgə hərtərəfli fəaliyyət planını bəyənmir - Baku TV
ABŞ və İran arasında bağlanacaq razılaşma Birgə Hərtərəfli Fəaliyyət Planından daha yaxşı olacaq.
Bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" şəbəkə hesabında yazıb.
"İranla bağladığımız razılaşma Barak Obama və Co Bayden tərəfindən tərtib edilib, ölkəmizin təhlükəsizliyi ilə bağlı indiyə qədər bağlanmış ən pis razılaşmalardan biri olan və adətən "İranın nüvə razılaşması" adlandırılan Birgə Hərtərəfli Fəaliyyət Planından qat-qat yaxşı olacaq. Bu, nüvə silahına aparan zəmanətli bir yol idi, hansı ki, üzərində işlədiyimiz razılaşma ilə baş verməyəcək və baş verə bilməz. Onlar faktiki olaraq nağd şəkildə 1,7 milyard dollar veriblər. Bundan əlavə, İrana yüzmilyardlarla dollar ödənilib", – deyə Amerika lideri bildirib.
Trampın sözlərinə görə, əgər o, Birgə Hərtərəfli Fəaliyyət Planını ləğv etməsəydi, İran artıq ABŞ hərbi bazaları da daxil olmaqla, İsrailə və bütün Yaxın Şərq ölkələrinə qarşı nüvə silahı tətbiq etmiş olardı:
"Bu, səriştəsiz rəhbərlik ucbatından dözməyə məcbur olduğumuz rüsvayçılıq və alçaldılma illərinin əvəzinə, bütün dünyanın fəxr edəcəyi bir şey olacaq".
Demokratların hamısını "xain" adlandıran Tramp ABŞ-nin hazırda razılaşma ilə bağlı iş gördüyünü qeyd edib.
"Silahlı Qüvvələrimizin və Tramp Administrasiyasının nailiyyətlərinin aşağılamasına imkan verməyəcəyik", – deyə o bildirib və əlavə edib ki, hər şey qüsursuz şəkildə icra olunur.
Тег #Donald Tramp используется
- Atəşkəs bitdi? | Tramp rəsmi Tehranı nədə ittiham edir? - Baku TV CANLI
- Ağdam şəhərinə daha 92 ailə yola salınıb | ABŞ–İran danışıqları bərpa olunacaq? - YENİ BİR SƏHƏR
- Trampdan İranla bağlı vacib açıqlama - 24 SAAT
- Donald Tramp danışıqlar öncəsi Tehranı hədələdi - ANA XƏBƏR
- Pakistan Ordusunun feldmarşalı barədə Trampa xəbərdarlıq edildi
