Tramp Türkiyə Prezidenti ilə bağlı kimlərə mesaj verdi? - Baku TV
"Ərdoğan möhtəşəm insandır, mənim çox yaxşı dostumdur".
Bunu ABŞ Prezidenti Donald Tramp Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasında İrana həsr edilmiş toplantıdakı çıxışında deyib.
"Bu masada gözəl dostlarım var. Fövqəladə işlər görülüb, hamınıza çox təşəkkür edirəm. Ərdoğan möhtəşəm insandır, mənim çox yaxşı dostumdur. O, möhkəm insandır. Onunla oyun oynamayın", – deyə Tramp bildirib.
ABŞ rəhbəri qeyd edib ki, Qəzzada sülh planı əla yanaşma olub.
O, İranın nüvə silahına sahib olmaq istədiyini də iddia edib: "Biz buna icazə verməyəcəyik. İranın heç bir hərbi gücü qalmayıb. Ballistik raket və pilotsuz təyyarə qurğuları məhv edilib. Hava hücumundan müdafiə sistemləri məhv edilib. Onların iqtisadiyyatı xarabalığa çevrilib, İran valyutası dəyərsizdir. Biz İranı maliyyə cəhətdən təcrid edirik".
Тег #Donald Tramp используется
- Yeni saziş ABŞ qüvvələrinin adadakı fəaliyyətini tənzimləyəcək
- Tramp və Makron iki böyük böhranı eyni planla həll etmək istəyir
- Vaşinqton və Tehran arasında yeni görüş yaxın zamanda keçirilə bilər
- ABŞ və İran arasında gözlənilən saziş imzalanacaq? | Hörmüz boğazı açıla bilər - YENİ BİR SƏHƏR
- ABŞ Prezidenti Bakı ilə İrəvan arasındakı prosesdən danışdı - Baku TV
