Выбрать плеер:
Trampdan gözlənilməz açıqlama: Putin ona nə təklif edib? | "Ukrayna uduzdu, amma..." - Baku TV
ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinin bir müddət əvvəl sülh sazişi bağlamağa hazır olduğunu, lakin bəzi insanların ona mane olduğunu bildirib.
O bu barədə Ağ Evdə çıxışı zamanı danışıb.
Donald Tramp həmçinin Vladimir Putini qismən atəşkəs tətbiq etməyə çağırdığını və Kreml rəhbərinin buna razı ola biləcəyini qeyd edib.
Ondan hansı müharibənin – İran, yoxsa Ukrayna müharibəsinin daha tez bitəcəyini soruşduqda, o, Ukraynanın döyüş meydanında artıq məğlub olduğunu iddia edib, lakin İrandan danışanda 159 gəminin məhv edilməsini xatırladıb.
D.Tramp həmçinin bildirib ki, Rusiya lideri Vladimir Putin aprelin 29-da telefon danışığı zamanı İranla müharibə, xüsusən də zənginləşdirilmiş uranla bağlı ona kömək təklif edib.
Скопировано
Тег #Donald Tramp используется
- Tramp: "Tezliklə UNO-larla bağlı məlumatları açıqlayacağıq"
- Rusiya və ABŞ liderləri telefon danışığında hansı məqamları müzakirə etdi? - Baku TV CANLI
- "Onlar nüvə silahından imtina etməsələr, sülh sazişi də olmayacaq" | Tramp - Baku TV
- Rusiya və ABŞ lideri arasında telefon danışığı olub
- Rezonans doğuran hadisə | Böyük Britaniya Kralının ABŞ-yə səfərində diqqətçəkən məqamlar - Baku TV
