“Üçbaşlı müharibə partiyası”nın baş nazirliyə bir namizədi var, o da...” | Rubinyandan açıqlama
“Üçbaşlı müharibə partiyası”nın yalnız bir baş nazirliyə namizədi var, o da Robert Köçəryandır”.
Bunu Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan üç müxalif partiyanın qarşıdakı seçkilər üzrə baş nazirliyə namizədləri barədə danışarkən deyib.
“Çünki Rusiya əsilli oliqarx – Samvel Karapetyan baş nazir namizədi ola bilməz, o həm Kipr, həm də Rusiya vətəndaşıdır. Qaqik Sarukyanın özü namizəd deyil və öz namizədinin kim olduğunu açıqlamır. Yəni bu üç qüvvə arasında ümumilikdə cəmi bir baş nazirliyə namizədi var”, – o bildirib.
Rubinyan həmçinin əlavə edib:
“Qaqik Sarukyan “bizə yeni sima lazımdır” deyir. Bəs o “yeni sima” kimdir? Özü, yoxsa Köçəryan və ya rusiyalı oliqarxın nəyi yenidir?”.
Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.
Тег #Ermənistan используется
- Jurnalistin bu sualı Simonyanı qəzəbləndirdi, brifinqi yarımçıq dayandırdı
- Azərbaycan vasitəsilə Rusiyadan Ermənistana nələr göndərildi? - Baku TV
- "Ermənistan blokadadan çıxır, amma..." | Paşinyandan Azərbaycanla bağlı diqqətçəkən mesaj - Baku TV
- "İran münaqişəsi Ermənistan-Azərbaycan sülh prosesini təhlükə altına alır" - BİZDƏN NƏ DANIŞIRLAR?
- Türk qoşunlarının Şuşaya girişi ilə qırğınlar necə dayandırıldı? - QƏRBİ AZƏRBAYCAN XRONİKASI
