Выбрать плеер:

21 illik ərini qətlə yetirən qadın hadisənin təfərrüatlarını danışdı - Baku TV

13 марта 2026 233 просмотров

Bakının Sabunçu rayonunda ərini qətlə yetirərək yaşadığı evin həyətində basdırmaqda təqsirləndirilən Elmira İbrahimovanın cinayət işi üzrə məhkəmə baxışı keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə baş tutan iclasda təqsirləndirilənə ittiham aktı elan edilib.

Elmira İbrahimova ittihamla özünü qismən təqsirli bilib və daha sonra qətlin təfərrüatlarını danışıb.

“Hadisə 2024-cü il noyabrın 25-də baş verib. 6 yaşlı oğlum da evdə idi. Həmin gün narkotik maddə qəbul etmişdi, mənə də təklif etdi. Mən isə qəbul etmədim. Məni döyüb, təhqir etdi. Sonra silahını gətirməyimi istədi. Mən silahı gətirəndə bir anlığa özümü itirdim, əlim tətiyə dəydi və güllə açıldı”, – deyə Elmira bildirib.

Təqsirləndirilənin sözlərinə görə, həyat yoldaşına atəş açdıqdan sonra onun meyitini həyətə sürüyərək orada basdırıb. Hadisə barədə heç kimə məlumat vermədiyini, Samirə məxsus silahı və mobil telefonunu isə hissələrə ayıraraq dənizə atdığını diqqətə çatdırıb.

Zərərçəkənin anası və hüquqi varisi isə təqsirləndirilənin dediklərinə etirazını bildirərək onun yalan danışdığını deyib.

Məhkəmənin növbəti baxış iclası aprelin 2-nə təyin edilib.

Скопировано
"Şokdayıq, belə şey olmamışdı" | Əmioğluları kim öldürdü? | Duelə çağırıb, çatan kimi..." - Baku TV

"Şokdayıq, belə şey olmamışdı" | Əmioğluları kim öldürdü? | Duelə çağırıb, çatan kimi..." - Baku TV

Hadisə
27 апреля 2026 233 просмотров
"Ayıb olsun, usta ilə..." | Maşın satdı, başına oyun açıldı | "Ya ifşa edərik, ya da..." - Baku TV

"Ayıb olsun, usta ilə..." | Maşın satdı, başına oyun açıldı | "Ya ifşa edərik, ya da..." - Baku TV

Hadisə
27 апреля 2026 233 просмотров
Goranboyda bədbəxt hadisə | Yeniyetmə elektrik cərəyanının qurbanı oldu - Baku TV

Goranboyda bədbəxt hadisə | Yeniyetmə elektrik cərəyanının qurbanı oldu - Baku TV

Hadisə
27 апреля 2026 233 просмотров
Naxçıvan-Şahbuz magistralında avtomobil aşıb | 1 nəfər dünyasını dəyişib - Baku TV

Naxçıvan-Şahbuz magistralında avtomobil aşıb | 1 nəfər dünyasını dəyişib - Baku TV

Hadisə
27 апреля 2026 233 просмотров
Ağdərədə minaya düşən Xocalı rayon sakininin son durumu açıqlandı - Baku TV

Ağdərədə minaya düşən Xocalı rayon sakininin son durumu açıqlandı - Baku TV

Hadisə
26 апреля 2026 233 просмотров
Xocalı sakini Ağdərədə minaya düşərək yaralandı - Baku TV

Xocalı sakini Ağdərədə minaya düşərək yaralandı - Baku TV

Hadisə
26 апреля 2026 233 просмотров
Mingəçevirdə güclü külək fəsadlara səbəb oldu | Aşan ağaclar mənzillərə ziyan vurdu - Baku TV

Mingəçevirdə güclü külək fəsadlara səbəb oldu | Aşan ağaclar mənzillərə ziyan vurdu - Baku TV

Hadisə
25 апреля 2026 233 просмотров
Atasını öldürməkdə təqsirləndirilən oğul hakim qarşısında - Baku TV

Atasını öldürməkdə təqsirləndirilən oğul hakim qarşısında - Baku TV

Hadisə
25 апреля 2026 233 просмотров
Həbsdən çıxan Rəhim dayısını görün niyə öldürdü - Baku TV

Həbsdən çıxan Rəhim dayısını görün niyə öldürdü - Baku TV

Hadisə
25 апреля 2026 233 просмотров
Gəncədə iki nəfər dərmandan zəhərləndi | Hadisənin səbəbləri araşdırılır - Baku TV

Gəncədə iki nəfər dərmandan zəhərləndi | Hadisənin səbəbləri araşdırılır - Baku TV

Hadisə
25 апреля 2026 233 просмотров
Выбранные
icon