Выбрать плеер:
25 min manatlıq oğurluq edən şəxs həbs olundu | Polisdən Ağcabədidə əməliyyat
Ağcabədidə silsilə oğurluq əməlləri törədən şəxs saxlanılıb.
Belə ki, Ağcabədi Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən evlərdən oğurluqlar edilməsi barədə məlumatlar daxil olub. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Elsevər Rüstəmov şübhəli şəxs qismində saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, o, bu il ərzində müxtəlif evlərdən nağd pul və məişət əşyaları oğurlamaqla zərərçəkənlərə 25 min manat dəyərində ziyan vurub.
Elsevər Rüstəmovun yaşadığı ünvandan bir sıra maddi sübut da götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Elsevər Rüstəmov həbs edilib. İstintaq davam etdirilir.
Скопировано
