Выбрать плеер:

Ağır cinayətdə təqsirləndirilən iş adamının məhkəməsində yekun qərar verildi - Baku TV

02 июня 2026 106 просмотров

Bakıda sevgilisini öldürməkdə ittiham olunan iş adamı Emil Ağacanovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə baş tutan sonuncu iclasda məhkəmə istintaqının yekunlaşdığı elan edilib.

Prokuror təqsirləndirilən şəxsin cinayəti törədərkən həqiqətən anlaqsız vəziyyətdə olduğunu diqqətə çatdırıb. Buna görə də Emilin müalicəsinin psixiatriya xəstəxanasında davam etdirilməsini məqsədəuyğun hesab edib. Qarşı tərəfin müdafiəçiləri isə bununla razılaşmayaraq, məhkəmədən cinayət işinin yenidən ibtidai istintaqa qaytarılmasını istəyiblər.

Müşavirədən sonra məhkəmənin qərarı elan olunub. Bildirilib ki, Emil Ağacanovun cinayəti anlaqsız vəziyyətdə törətdiyi sübuta yetirilib. Bunları nəzərə alaraq məhkəmə onu cinayət məsuliyyətindən azad edərək, barəsində tətbiq edilən məcburi müalicəyə dair qərarı qüvvədə saxlayıb.

Qeyd edək ki, hadisə 2025-ci il avqustun 23-də Bakının Yasamal rayonunda qeydə alınıb. Paytaxt sakini İradə Muradovanın meyiti Emil Ağacanova məxsus mənzilin hamamında aşkar olunub. İlkin araşdırmalarla qadının Emil Ağacanov tərəfindən xüsusi amansızlıqla qətlə yetirildiyi məlum olub. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.

Скопировано
"4 dənə körpə balası qaldı" | Həlak olan dənizçilərimiz dəfn olundu - Baku TV

"4 dənə körpə balası qaldı" | Həlak olan dənizçilərimiz dəfn olundu - Baku TV

Hadisə
11 июня 2026 106 просмотров
Tikinti şirkəti vətəndaşın başına oyun açıb? - "4 nəfərə satılıb, hamısı deyir ki..." - Baku TV

Tikinti şirkəti vətəndaşın başına oyun açıb? - "4 nəfərə satılıb, hamısı deyir ki..." - Baku TV

Hadisə
11 июня 2026 106 просмотров
"Arzum"un məhkəməsində heç bir vəsatət təmin edilmədi | Nələr açıqlandı? - Baku TV

"Arzum"un məhkəməsində heç bir vəsatət təmin edilmədi | Nələr açıqlandı? - Baku TV

Hadisə
11 июня 2026 106 просмотров
Tanınmış vəkilin 19 yaşlı oğlu faciəvi şəkildə həyatını itirdi - Baku TV CANLI

Tanınmış vəkilin 19 yaşlı oğlu faciəvi şəkildə həyatını itirdi - Baku TV CANLI

Hadisə
11 июня 2026 106 просмотров
Gədəbəydə yağış yağdı, dolu düşdü

Gədəbəydə yağış yağdı, dolu düşdü

Hadisə
11 июня 2026 106 просмотров
Qətl törətməkdə təqsirləndirilən şəxslərə ağır cəza verildi - Baku TV

Qətl törətməkdə təqsirləndirilən şəxslərə ağır cəza verildi - Baku TV

Hadisə
11 июня 2026 106 просмотров
Taleh Qaraşova sui-qəsd hazırlayan şəxs barədə hansı qərar verildi? - Baku TV

Taleh Qaraşova sui-qəsd hazırlayan şəxs barədə hansı qərar verildi? - Baku TV

Hadisə
11 июня 2026 106 просмотров
Bakıda 19 yaşlı gənc faciəvi şəkildə həyatını itirdi | Mərhumun atası nələri danışdı? - Baku TV

Bakıda 19 yaşlı gənc faciəvi şəkildə həyatını itirdi | Mərhumun atası nələri danışdı? - Baku TV

Hadisə
10 июня 2026 106 просмотров
İmişlidə 17 yaşlı şagird çayda bataraq həyatını itirdi - Baku TV

İmişlidə 17 yaşlı şagird çayda bataraq həyatını itirdi - Baku TV

Hadisə
10 июня 2026 106 просмотров
Azərbaycanda həbs olunan fransalının şikayəti ilə bağlı hansı qərar verildi? - Baku TV

Azərbaycanda həbs olunan fransalının şikayəti ilə bağlı hansı qərar verildi? - Baku TV

Hadisə
10 июня 2026 106 просмотров
Выбранные
icon