Выбрать плеер:
Bakı metrosunda hansı problemlər yarandı? | Qurumdan təcili açıqlama
"Həzi Aslanov" və "Xalqlar dostluğu" stansiyaları istiqamətindəki şəhər enerji şəbəkəsindən "Bakı Metropoliteni" QSC-yə gələn yüksəkgərginlikli elektrik xətlərində enerjinin verilişində məhdudiyyətlər yaranıb.
Bu barədə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
Bildirilib ki, alternativ enerji mənbəyi kimi dizel-generatorları dərhal şəbəkəyə qoşulmaqla qatarların hərəkəti təmin olunur. Stansiyalar normal iş rejimi şəraitində fəaliyyət göstərir. Qatarların hərəkətində müəyyən gecikmələr müşahidə olunsa da, qısa müddət ərzində aradan qaldırılacağı gözlənilir.
Скопировано
