Выбрать плеер:
Bakıda dəhşətli hadisə | Gömrük işçisi niyə qətlə yetirildi?
Oktyabrın 11-də Bakı şəhəri, Suraxanı rayonunun Əmircan qəsəbəsində dəhşətli qətl hadisəsi baş verib. Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı, 1982-ci il təvəllüdlü Ayxan Mustafayev özünə məxsus mağazada bıçaqlanaraq qətlə yetirilib. 43 yaşlı kişi xəstəxanaya çatdırılsa da, orada vəfat edib. Cinayəti törətməkdə şübhəli bilinən 2009-cu il təvəllüdlü R.Xəlilov polis tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Скопировано
