Выбрать плеер:
Bakıda kütləvi zəhərlənmə | Orta məktəbdə nə baş verir? - Baku TV
Paytaxtın Xətai rayonundakı 257 saylı tam orta məktəbdə şagirdlərin kütləvi şəkildə zəhərləndiyi bildirilib.
Bu barədə iddialar sosial şəbəkələrdə yayılıb.
İddia olunur ki, uşaqlar məktəbin təmizliyi zamanı istifadə olunan xlordan zəhərləniblər.
Hadisə ilə bağlı 257 saylı məktəbin direktoru Ruslan Nağıyev açıqlama verib.
“Beşinci sinif şagirdləri nəm salfetdən allergiya olublar. Biz də dərhal təcili tibbi yardım çağırdıq. Təcili tibbi yardım tərəfindən uşaqlara lazımi kömək göstərilib. Şagirdlərin vəziyyəti normaldır, onları valideynlərinə təhvil vermişik. Bu barədə aidiyyəti qurumlar məlumatlandırılıb”, – deyə o bildirib.
Скопировано
