Выбрать плеер:

Bakıda telefon mübahisəsinin faciəvi sonu | Məhkum yenidən hakim qarşısında - Baku TV

02 июня 2026 113 просмотров

Telefonunu qaytarmadığı üçün tanışını bıçaqlayaraq qətlə yetirən keçmiş məhkum Rauf Sadıqovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.

Məhkəmədə ifadəsi dinlənilən və cinayət işində adı keçən Elsevər Cəfərov isə bildirib ki, baş verən cinayət hadisəsi onun yanında olub. O, Raufla Raminin mübahisəsinin mobil telefona görə olduğunu təsdiqləyib. Elsevər Cəfərovun sözlərinə görə, hadisədən bir qədər əvvəl taksidə işıqlandırma üçün mobil telefonunu Raminə verən Rauf onu geri istəyərkən Ramin telefonun onda olmadığını deyib. Rauf isə telefonda ailəsinə aid fotoların olmasını əsas gətirərək bunu özünə təhqir sayıb, ona bıçaq zərbələri endirib. Növbəti proses iyulun 27-nə təyin edilib.

Qeyd edək ki, hadisə 2025-ci ilin dekabrında Xətai rayonu NZS qəsəbəsində baş verib.

Onu da bildirək ki, bu hadisədən öncə isə Rauf Sadıqov Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 5 dekabr 2020-ci il tarixli hökmünə əsasən 6 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasının çəkilməmiş qalan 9 ay 9 gün hissəsini çəkmək üçün məhkəmənin qərarı ilə məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülüb. Sözügedən hadisə baş verən gün isə o, müəssisədən icazə alıb və saat 19:00-da icazə müddəti başa çatsa da, müəssisəyə qayıtmayıb.

Rauf Sadıqova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 305-ci (azadlıqdan məhrum etmə növündə cəza çəkməkdən boyun qaçırma) maddəsi ilə ittiham irəli sürülüb.

Скопировано
"4 dənə körpə balası qaldı" | Həlak olan dənizçilərimiz dəfn olundu - Baku TV

"4 dənə körpə balası qaldı" | Həlak olan dənizçilərimiz dəfn olundu - Baku TV

Hadisə
11 июня 2026 113 просмотров
Tikinti şirkəti vətəndaşın başına oyun açıb? - "4 nəfərə satılıb, hamısı deyir ki..." - Baku TV

Tikinti şirkəti vətəndaşın başına oyun açıb? - "4 nəfərə satılıb, hamısı deyir ki..." - Baku TV

Hadisə
11 июня 2026 113 просмотров
"Arzum"un məhkəməsində heç bir vəsatət təmin edilmədi | Nələr açıqlandı? - Baku TV

"Arzum"un məhkəməsində heç bir vəsatət təmin edilmədi | Nələr açıqlandı? - Baku TV

Hadisə
11 июня 2026 113 просмотров
Tanınmış vəkilin 19 yaşlı oğlu faciəvi şəkildə həyatını itirdi - Baku TV CANLI

Tanınmış vəkilin 19 yaşlı oğlu faciəvi şəkildə həyatını itirdi - Baku TV CANLI

Hadisə
11 июня 2026 113 просмотров
Gədəbəydə yağış yağdı, dolu düşdü

Gədəbəydə yağış yağdı, dolu düşdü

Hadisə
11 июня 2026 113 просмотров
Qətl törətməkdə təqsirləndirilən şəxslərə ağır cəza verildi - Baku TV

Qətl törətməkdə təqsirləndirilən şəxslərə ağır cəza verildi - Baku TV

Hadisə
11 июня 2026 113 просмотров
Taleh Qaraşova sui-qəsd hazırlayan şəxs barədə hansı qərar verildi? - Baku TV

Taleh Qaraşova sui-qəsd hazırlayan şəxs barədə hansı qərar verildi? - Baku TV

Hadisə
11 июня 2026 113 просмотров
Bakıda 19 yaşlı gənc faciəvi şəkildə həyatını itirdi | Mərhumun atası nələri danışdı? - Baku TV

Bakıda 19 yaşlı gənc faciəvi şəkildə həyatını itirdi | Mərhumun atası nələri danışdı? - Baku TV

Hadisə
10 июня 2026 113 просмотров
İmişlidə 17 yaşlı şagird çayda bataraq həyatını itirdi - Baku TV

İmişlidə 17 yaşlı şagird çayda bataraq həyatını itirdi - Baku TV

Hadisə
10 июня 2026 113 просмотров
Azərbaycanda həbs olunan fransalının şikayəti ilə bağlı hansı qərar verildi? - Baku TV

Azərbaycanda həbs olunan fransalının şikayəti ilə bağlı hansı qərar verildi? - Baku TV

Hadisə
10 июня 2026 113 просмотров
Выбранные
icon