Biləsuvarda dəhşətli qəza | Ölənlərlə bağlı təcili açıqlama - Baku TV
Biləsuvarda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Biləsuvar-Bəhramtəpə magistral yolunun rayonun Çaylı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Fidan Rüstəmovanın idarə etdiyi “Lexus” markalı minik avtomobili idarəetmənin itirilməsi nəticəsində su kanalına aşıb.
Qəza nəticəsində avtomobildə olan iki sərnişin – Biləsuvar rayonunun Xırmandalı kənd sakinləri, 32 yaşlı Aytac Rüstəmli və onun 22 yaşlı bacısı Aynur Rüstəmova kanalda boğularaq hadisə yerində həyatını itirib.
Avtomobildə olan digər dörd nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan verilən məlumata görə, xəsarət alan şəxslərin vəziyyəti ağır olaraq qiymətləndirilir, hazırda müalicələri davam etdirilir.
Qeyd edək ki, qəza zamanı avtomobildə olan şəxslər nişan mərasiminə gedirmişlər. Həyatını itirən bacılar ailəli olublar. Aytac Rüstəmlinin 3 övladı var, onlardan ən kiçiyi 4 ay əvvəl dünyaya gəlib. 22 yaşlı Aynur Rüstəmovanın isə 1 yaşında əkiz oğlan övladları olduğu bildirilir.
Faktla bağlı araşdırma davam etdirilir.
Тег #Biləsuvar используется
- "Danışmaq mənə çətindir" | Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür - Baku TV
- "Yayda toy olmazdı, çünki..." | Gəlini necə seçirdilər? | Biləsuvarın qədim qaydaları - O VAXTLAR
- "Qızım öləndə üzr istədim ki..." | Məktəb direktoru göz yaşlarını saxlaya bilmədi - O VAXTLAR
- "Qayınana ilə boğuşur, kişi ağzını aça bilmir" | Təzə gəlinin toya getməsi ayıb sayılır? - O VAXTLAR
- “15 min manat pul, hər şeyimiz yandı” | Güclü yanğın sakinlərə dəhşət yaşatdı - Baku TV
