Выбрать плеер:

Buzovnada 3 nəfəri qətlə yetirən şəxsə ağır cəza verildi

11 марта 2024 244 просмотров

Paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində keçmiş qayınatası, qayınanası və qaynını qətlə yetirməkdə təqsirləndirilən Nofəl Səfərova hökm oxunub.

Hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə elan edilib. Nofəl Səfərov ömürlük azadlıqdan məhrum edilib. Ötən prosesdə dövlət ittihamçısı Orxan Səmədov məhkəmədən təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum edilməsini istəmişdi.

Xatırladaq ki, hadisə 2023-cü il noyabrın 29-da Xəzər rayonunun Buzovna qəsəbəsində qeydə alınıb. Həmin gün saat 20 radələrində 1939-cu il təvəllüdlü Elbrus Muradov, oğlu – 1971-ci il təvəllüdlü Rahil Muradov, həyat yoldaşı – 1945-ci il təvəllüdlü Şahirə Muradova kəsici alətlə qətlə yetirilib, nəvəsi – 1997-ci il təvəllüdlü Elbrus Ağalarov isə bədən xəsarəti alıb.

Aparılan araşdırmalarla ailənin keçmiş kürəkəni, 1976-cı il təvəllüdlü Nofəl Səfərovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nofəl Səfərov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.7 – iki və ya daha çox şəxsi öldürmə və 120.2.11-ci – quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə maddələri ilə ittiham irəli sürülüb.

Скопировано
Bakıda şagird ölümlə üz-üzə qaldı | Anbaan görüntülər

Bakıda şagird ölümlə üz-üzə qaldı | Anbaan görüntülər

Hadisə
20 декабря 2025 244 просмотров
Bakıda işlədiyi evə qənim kəsilən usta barədə təcili məlumat

Bakıda işlədiyi evə qənim kəsilən usta barədə təcili məlumat

Hadisə
20 декабря 2025 244 просмотров
Azərbaycanlı iş adamının 8 milyonluq əmlakı müsadirə olundu

Azərbaycanlı iş adamının 8 milyonluq əmlakı müsadirə olundu

Hadisə
20 декабря 2025 244 просмотров
Bakıda işlədiyi evə qənim kəsilən usta barədə təcili məlumat - Baku TV CANLI

Bakıda işlədiyi evə qənim kəsilən usta barədə təcili məlumat - Baku TV CANLI

Hadisə
20 декабря 2025 244 просмотров
2 yaşlı oğlan faciəvi şəkildə öldü | Babası dəhşətli hadisəni anbaan danışdı - Baku TV

2 yaşlı oğlan faciəvi şəkildə öldü | Babası dəhşətli hadisəni anbaan danışdı - Baku TV

Hadisə
20 декабря 2025 244 просмотров
“Biri yerdə idi, qatarın üstündə...” | 15 yaşlı yeniyetmə dəhşət yaşadı - Baku TV

“Biri yerdə idi, qatarın üstündə...” | 15 yaşlı yeniyetmə dəhşət yaşadı - Baku TV

Hadisə
19 декабря 2025 244 просмотров
Xəzərdə itkin düşən balıqçılardan birinin meyiti dənizdən çıxarıldı - Baku TV

Xəzərdə itkin düşən balıqçılardan birinin meyiti dənizdən çıxarıldı - Baku TV

Hadisə
19 декабря 2025 244 просмотров
Tanınmış ekspert Kamran Əsədov nədə ittiham olunur? - Baku TV

Tanınmış ekspert Kamran Əsədov nədə ittiham olunur? - Baku TV

Hadisə
19 декабря 2025 244 просмотров
“Gördüm ki, cırmaqlayır, 2 dəqiqəyə öldü” | 22 yaşlı gəncin faciəvi sonu - Baku TV

“Gördüm ki, cırmaqlayır, 2 dəqiqəyə öldü” | 22 yaşlı gəncin faciəvi sonu - Baku TV

Hadisə
19 декабря 2025 244 просмотров
Xəzərdə itkin düşən balıqçılardan birinin meyiti tapıldı | FHN görüntülər yaydı - Baku TV

Xəzərdə itkin düşən balıqçılardan birinin meyiti tapıldı | FHN görüntülər yaydı - Baku TV

Hadisə
19 декабря 2025 244 просмотров
Выбранные
icon