Выбрать плеер:

“Dedi ki, barışmaq istəyirəm, uşaqlar...” | 3 uşaq anasının qətli ilə bağlı şok detallar - Baku TV

18 декабря 2025 23 просмотров

Qusarın Hil kəndində baş verən qətl hadisəsinin təfərrüatları məlum olub.

Belə ki, keçmiş əri tərəfindən amansızlıqla qətlə yetirilən 32 yaşlı Diana Təyibovanın yaxınları jurnalistlərə açıqlama veriblər.

Hadisə barədə danışan qohumlardan biri deyib ki, qadının meyiti kənddəki boş evlərdən birində tapılıb: “Boğazını qayçı ilə kəsib. Ağzı, əl-ayağı da bağlanıbmış”.

“Diananı hadisədən bir həftə əvvəl mağazada görmüşdüm. Həmin gün onunla bir az söhbətləşdik. Diana yoldaşı ilə ayrılmışdı. Mənə əri ilə barışmaq istədiyini, uşaqlarının tək qaldığını dedi. Üç övladları var idi”, – deyə mərhumun başqa bir yaxını bildirib.

Hadisə ilə bağlı Qusar Rayon Prokurorluğundan verilən məlumata görə, araşdırma zamanı rayonun Hil kənd sakini Asif Təyibovun Diana Təyibovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qusar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. A.Təyibov Rayon Prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub. Hazırda ibtidai istintaq davam etdirilir.

Скопировано
"Ən ağır cəza verilsin!” | Amansızlıqla öldürülən 3 uşaq anasının yaxınları fəryad etdi - Baku TV

"Ən ağır cəza verilsin!” | Amansızlıqla öldürülən 3 uşaq anasının yaxınları fəryad etdi - Baku TV

Hadisə
18 декабря 2025 23 просмотров
İntim əlaqə üçün nə etdilər? | Rusiyada törədilən qətllə bağlı etiraf - Baku TV

İntim əlaqə üçün nə etdilər? | Rusiyada törədilən qətllə bağlı etiraf - Baku TV

Hadisə
18 декабря 2025 23 просмотров
Arvadını qətlə yetirən nəyi etiraf etdi? | "Mələklər seçilmiş insan olduğumu deyirlər" - Baku TV

Arvadını qətlə yetirən nəyi etiraf etdi? | "Mələklər seçilmiş insan olduğumu deyirlər" - Baku TV

Hadisə
18 декабря 2025 23 просмотров
Sumqayıtda 27 yaşlı gənc iş yerində həyatını itirdi - Baku TV

Sumqayıtda 27 yaşlı gənc iş yerində həyatını itirdi - Baku TV

Hadisə
18 декабря 2025 23 просмотров
Bakıda pasiyentin mədəsində yad cisim aşkarlandı - Baku TV

Bakıda pasiyentin mədəsində yad cisim aşkarlandı - Baku TV

Hadisə
17 декабря 2025 23 просмотров
Gəmi kapitanı və daha iki nəfər həbs edildi - ANA XƏBƏR

Gəmi kapitanı və daha iki nəfər həbs edildi - ANA XƏBƏR

Hadisə
17 декабря 2025 23 просмотров
Əmircanda su borusu partladı, içməli su küçəyə axdı | Ərazidə son durum - Baku TV

Əmircanda su borusu partladı, içməli su küçəyə axdı | Ərazidə son durum - Baku TV

Hadisə
17 декабря 2025 23 просмотров
Elmir faciəvi hadisənin qurbanı oldu

Elmir faciəvi hadisənin qurbanı oldu

Hadisə
17 декабря 2025 23 просмотров
"Pastel" gətirib əmimi..." | Goranboyda 81 yaşlı kişiyə qarşı dələduzluq - Baku TV

"Pastel" gətirib əmimi..." | Goranboyda 81 yaşlı kişiyə qarşı dələduzluq - Baku TV

Hadisə
17 декабря 2025 23 просмотров
“İki balama necə baxacağam, ağır cəza versinlər!” | 22 yaşlı gəlinin faciəvi sonu - Baku TV

“İki balama necə baxacağam, ağır cəza versinlər!” | 22 yaşlı gəlinin faciəvi sonu - Baku TV

Hadisə
17 декабря 2025 23 просмотров
Выбранные
icon