İntim əlaqə üçün nə etdilər? | Rusiyada törədilən qətllə bağlı etiraf - Baku TV
12 il əvvəl Rusiyada zorlama və qətl törətməkdə təqsirləndirilən Seymur Məmişov və Elxan Xuduyevin cinayət işi üzrə məhkəmə prosesi baş tutub.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə Seymur Məmişov dəhşətli qətlin təfərrüatlarından danışıb.
“Azaliya ilə biz əvvəldən tanış idik. Onu dəvət edib, birlikdə yemək yeyib, spirtli içki qəbul etdik. Elxan onunla intim əlaqədə olmaq üçün digər otağa keçdi. Bir qədər sonra Azaliyanın qışqıraraq Elxana yalvarmağını eşitdim. Bizi onu zorladığımıza görə polisə şikayət etməklə hədələdi. Sonra onu öldürmək qərarına gəldik”, – deyə S.Məmişov bildirib.
Təqsirləndirilən daha sonra ifadəsində vurğulayıb ki, Elxan yenidən həmin otağa qayıdaraq Azaliyanın boğazından tutub onu boğmağa başlayıb. Seymur da qızın ayaqlarından tutaraq onun hərəkət etməsinin qarşısını alıb.
Növbəti proses yanvarın 14-nə təyin edilib.
