Выбрать плеер:
“Dedi, bacım içəridə qalıb, çıxa bilmir” | 18 yaşlı nişanlı qızın faciəvi sonu - Baku TV
Qazax rayonunun Daş Salahlı kəndində bədbəxt hadisə baş verib.
Kənd sakini 18 yaşlı Abgül Quliyevanın dəm qazından boğularaq öldüyü bildirilir.
“İşdən evə gəlmişdim. Atası zəng etdi ki, qızım hamamda qalıb. Gedib qapını qırdım, onu çıxardım, amma xilas edə bilmədim. Ağzından köpük gəlmişdi”, – qonşu Babək Əhmədov hadisə barədə danışarkən deyib.
Hadisə zamanı ailə üzvlərindən ata Gürcüstanda, ana isə Bakıda olduğundan evdə Abgül və azyaşlı qardaşı olub. Mərhumun meyiti valideynləri gələndən sonra dəfn olunacaq.
Qeyd edək ki, 11-ci sinif şagirdi olan Abgül Quliyevanın bir müddət əvvəl nişanı olub. Faktla bağlı araşdırma aparılır.
Скопировано
