Выбрать плеер:
Şəmkirdə dəhşətli hadisə | Oğul anasını amansızlıqla qətlə yetirdi - Baku TV
Şəmkir rayonunun Qaracəmirli kənd sakini 66 yaşlı Çiçək Sərdarova qətlə yetirilib. Onun 33 yaşlı oğlu Anar Allahverdiyev tərəfindən küt alətlə öldürüldüyü bildirilir.
Məlumata görə, Anar Allahverdiyev daha sonra özünü yandıraraq canına qəsd edib. Uzun müddətdir işsiz olan Anarın son zamanlar psixoloji vəziyyətinin yerində olmadığı deyilir.
Qeyd edək ki, Çiçək Sərdarova uzun müddət Qaracəmirli kənd orta məktəbində müəllim kimi çalışıb. Ötən il yaşı ilə bağlı əmək pensiyasına çıxıb.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma başlanılıb.
Скопировано
