Выбрать плеер:
Gəncədə bədbəxt hadisə | Azyaşlının ölüm səbəbi nədir? - Baku TV
Gəncə şəhərində xəstəxanaya ağır vəziyyətdə gətirilən azyaşlı uşaq həyatını itirib.
Təxminən 3 yaşlarında olan uşaq Gəncədə yerləşən xəstəxanalardan birinə çatdırılıb.
Xəstəxanadan bildirilib ki, azyaşlıya dəqiqləşdirilməmiş sepsis və dəqiqləşdirilməmiş ağciyər çatışmazlığı diaqnozu təyin olunub və müalicəsi Reanimasiya şöbəsində davam etdirilib. Həkimlərin apardığı tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Скопировано
