Gəncədə binada qorxulu yanğın baş verdi | Ölən və yaralanan var
Gəncə şəhəri, Fikrət Əmirov küçəsində yerləşən mənzillərdən birində yanğın baş verib. Hadisə nəticəsində ölən və xəsarət alan var.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Xəbərə görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb edilib.
Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən ümumi sahəsi 36 m² olan mənzildə baş verdiyi müəyyən olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində birotaqlı mənzildə baş verən yanğın digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Müxtəlif dərəcəli yanıq xəsarətləri alan bir nəfər yanğınsöndürənlər tərəfindən xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib, bir nəfər isə dünyasını dəyişib.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
