Выбрать плеер:

Gəncədən Bakıya gələn qatarda ləngimə | ADY-dən hadisə barədə açıqlama

27 января 2025 278 просмотров

Yanvarın 26-da sərnişinlərin qanunsuz hərəkəti “Azərbaycan Dəmir Yolları” QSC-nin Ağstafa-Bakı qatarının mənzil başına gec çatmasına, digər sərnişinlərin ciddi narahatlığına səbəb olub. Bu barədə ADY məlumat yayıb.

Bildirilib ki, yanvarın 26-sı saat 17:58-də Gəncə stansiyasında yoxlama məntəqəsində sərnişinlərin qeydiyyatı bitdikdən sonra 2 nəfər sərnişin biletləri təsdiqlənmədən və şəxsiyyətlərini təsdiq edən sənədləri yoxlanılmadan ADY əməkdaşlarına müqavimət göstərərək kənardan keçməyə cəhd göstərib. Onların qatardan düşməkdən imtina etməsi və gediş qaydalarını pozması nəticəsində qatar Bakıya 53 dəqiqə gecikmə ilə çatıb.

Həmin sərnişinlər Bakı Dəmiryol Vağzalında qatardan düşərkən polis əməkdaşları onları bölməyə aparıb və barələrində inzibati protokol tərtib olunub.

“Ümumi istifadədə olan dəmiryol stansiyalarında, vağzallarda sərnişinlərin platformalara keçidi və qatarlara miniyinin təşkili barədə Təlimat”a əsasən, ADY-nin rayonlararası istiqamətlərə hərəkət edən sərnişin qatarlarına minik zamanı stansiyalarda quraşdırılmış yoxlama məntəqəsində sərnişinin gediş sənədi (bilet), gediş sənədinin rəsmiləşdirilməsində istifadə olunan şəxsiyyəti təsdiq edən sənədin əsli, eləcə də əl yükünün çəkisinin və ölçülərinin (qabarit) müəyyən edilmiş qaydalara uyğunluğu yoxlanılır.

Bundan başqa, Nazirlər Kabinetinin təsdiq etdiyi “Dəmiryol nəqliyyatı ilə sərnişinlərin, baqajın və yük-baqajın daşınması Qaydaları”nın 3.9.1. bəndinə uyğun olaraq, qatara minik zamanı və ya yol gedərkən gediş qaydalarını pozan sərnişinlər polis tərəfindən qatardan düşürülə bilər, həmçinin sərnişinlər tərəfindən vaqon bələdçisinin və qatarın digər işçilərin işinə maneçilik törədilməsinə yol verilməməlidir.

Sərnişin məmnuniyyətinin, eləcə də xidmət keyfiyyətinin artırılmasına, sərnişinlərin mənzil başına rahat və təhlükəsiz çatdırılmasına xüsusi diqqət yetirən ADY vətəndaşları qeyd olunan təlimata riayət etməklə qatarın hərəkətə başlamasından 1 saat öncə yoxlama məntəqələrində qeydiyyatdan keçməyə və qatarın hərəkətinə mane olacaq davranışlardan çəkinməyə çağırır”, – deyə məlumatda qeyd olunub.

Скопировано
Azərbaycan Universitetində tələbə yıxılaraq xəsarət aldı - Baku TV

Azərbaycan Universitetində tələbə yıxılaraq xəsarət aldı - Baku TV

Hadisə
15 декабря 2025 278 просмотров
Qubada dəm qazı müəllimin həyatına son qoydu - Baku TV

Qubada dəm qazı müəllimin həyatına son qoydu - Baku TV

Hadisə
15 декабря 2025 278 просмотров
Öldüyü deyilən 72 yaşlı qadınla bağlı dəhşət | Qandonduran cinayətin təfərrüatı - Baku TV

Öldüyü deyilən 72 yaşlı qadınla bağlı dəhşət | Qandonduran cinayətin təfərrüatı - Baku TV

Hadisə
15 декабря 2025 278 просмотров
“Girib hamısını məhv ediblər” | Kürdəmir sakini dəhşətli hücumdan danışdı - Baku TV

“Girib hamısını məhv ediblər” | Kürdəmir sakini dəhşətli hücumdan danışdı - Baku TV

Hadisə
15 декабря 2025 278 просмотров
Biləcəridə evlərin bünövrəsi niyə çökdü? | Qurumdan açıqlama - Baku TV

Biləcəridə evlərin bünövrəsi niyə çökdü? | Qurumdan açıqlama - Baku TV

Hadisə
15 декабря 2025 278 просмотров
Balakənin sabiq icra başçısının cinayət əməlləri ifşa olunub

Balakənin sabiq icra başçısının cinayət əməlləri ifşa olunub

Hadisə
15 декабря 2025 278 просмотров
Balakənin sabiq icra başçısı saxlanıldı | DTX əməliyyat görüntülərini yaydı - Baku TV

Balakənin sabiq icra başçısı saxlanıldı | DTX əməliyyat görüntülərini yaydı - Baku TV

Hadisə
15 декабря 2025 278 просмотров
“Vurmuşdular, asfaltın ortasında idi” | Goranboyda dəhşətli hadisə - Baku TV

“Vurmuşdular, asfaltın ortasında idi” | Goranboyda dəhşətli hadisə - Baku TV

Hadisə
15 декабря 2025 278 просмотров
"Heç bir xəstəliyi olmayıb" | 27 yaşlı qadın abortdan sonra öldü - Baku TV

"Heç bir xəstəliyi olmayıb" | 27 yaşlı qadın abortdan sonra öldü - Baku TV

Hadisə
14 декабря 2025 278 просмотров
Bakıda irigövdəli ağac maşının üzərinə aşdı | Xəsarətalan var - Baku TV

Bakıda irigövdəli ağac maşının üzərinə aşdı | Xəsarətalan var - Baku TV

Hadisə
13 декабря 2025 278 просмотров
Выбранные
icon