İş yoldaşını öldürməkdə ittiham olunan şəxs hakim qarşısında - Baku TV
“Ağ şəhər” bulvarında yerləşən “Boulevard Hotel”də ofisiant olan iş yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Seymur Manafovun məhkəməsi başlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilən şəxsə ittiham aktını elan edib.
İttihamda bildirilir ki, Seymur Manafov hoteldə işdə olarkən aralarında yaranan mübahisə zəminində onunla eyni yerdə çalışan Şəmistan Əliyevə bir neçə bıçaq zərbəsi endirərək onu qətlə yetirib.
Seymur Manafov ona elan edilmiş ittihamla özünü təqsirli bilib. Məhkəmənin növbəti iclası iyunun 5-nə təyin edilib.
Qeyd edək ki, hadisə 2026-cı il yanvarın 25-i saat 19:00 radələrində “Ağ şəhər” bulvarında yerləşən “Boulevard Hotel”də qeydə alınıb. Hoteldə ofisiant işləyən 1996-cı il təvəllüdlü paytaxt sakini Şəmistan Şamil oğlu Əliyevin camaşırxanada bıçaqlanaraq öldürülməsi ilə bağlı polisə məlumat daxil olub. Araşdırmalarla hadisənin hotelin digər ofisiantı, 1992-ci il təvəllüdlü Abşeron rayon sakini, Seymur Zafalı oğlu Manafov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Seymur Manafov polis əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Тег #Bakı Ağır Cinayətlər Məhkəməsi используется
- Yasamaldakı faciənin detalları | Klinikanın direktoru barədə məhkəmə qərarı - Baku TV
- Bakıda qandonduran qətl | 2 dostun öldürülməsi ilə bağlı 5 nəfərə hökm oxundu - Baku TV
- Həyat yoldaşını uşaqlarının gözü önündə öldürən ataya hansı cəza verildi? - Baku TV
- 4 il davam edən məhkəmə sonlandı | Təqsirləndirilənlər neçə il cəzalandırıldı? - Baku TV
- Atasını öldürməkdə təqsirləndirilən oğul hakim qarşısında - Baku TV
