"Görüb ki, uşaq inildəyir, sonra..." | 2 yaşlı oğlanın faciəvi sonu - Baku TV
Kürdəmirdə bədbəxt hadisə baş verib. Evdə oynayan ikiyaşlı uşaq valideynlərinin diqqətindən yayınaraq binanın beşinci mərtəbəsindən yıxılıb. Ağır bədən xəsarətləri alan 2023-cü il təvəllüdlü Yusif Qədir oğlu Vahidov təcili tibbi yardım maşını ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Azyaşlının əmisi Vüqar Vahidov hadisə barədə jurnalistlərə açıqlama verib.
“Bakıda yaşayıram, qardaşımın evinə qonaq gəlmişdim. Çay içmək üçün otaqdan çıxmışdıq, hadisədən xəbərimiz olmayıb. Uşaq bir az dəcəl idi, tez-tez pəncərəyə dırmaşırdı. Neçə dəfə onu pəncərədən düşürmüşdük. Bir anlıq diqqətsizlik oldu və bu bədbəxt hadisə baş verdi. Həqiqətən, hamımız şokdayıq, hələ də özümüzə gələ bilmirik”, – o söyləyib.
Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, 25.05.2026-cı il tarixində saat 20:40 radələrində hündürlükdən yıxılma səbəbi ilə 2023-cü il təvəllüdlü azyaşlı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub:
“Ona qarnının və döş qəfəsinin küt travması, sağ bud nahiyəsinin, sol qamış sümüyünün, sağ kürək sümüklərinin sınıqları diaqnozu təyin olunub. Azyaşlı dərhal əməliyyata alınıb. Lakin aparılan reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 23:00 radələrində azyaşlının bioloji ölüm faktı qeydə alınıb”.
Faktla bağlı araşdırma aparılır.
Тег #Kürdəmir rayonu используется
- Kürdəmirdə dəhşətli hadisə | Yanacaq çəlləyi 43 yaşlı kişini həyatından etdi - Baku TV
- Kür çayında suyun səviyyəsinin qalxması Kürdəmirdə ciddi fəsadlar törətdi - Baku TV
- Kür çayında suyun səviyyəsinin artması kənd sakinlərinə ciddi ziyan vurdu - Baku TV
- Kürdəmirdə magistral kəmər partladı, abonentlər susuz qaldı | Sakinləri bezdirən hadisə - Baku TV
- "Gördüm ki, 3 qoyunu boğub" | Kürdəmirdə canavarlar fermaya hücum etdi
