Выбрать плеер:

Məhkumun etdiyi dəhşətli əməllə bağlı qərar verildi | Detallar açıqlandı

12 апреля 2025 558 просмотров

Penitensiar Xidmətin Qızıldaş qəsəbəsində yerləşən cəzaçəkmə müəssisəsində məhkum yoldaşını öldürməyə cəhddə təqsirləndirilən məhkum Azər Şalıyev haqqında olan hökmdən ittiham tərəfi protest verib.

Bakı Apellyasiya Məhkəməsində hakim Mehriban Qarayevanın sədrliyi ilə keçirilən prosesdə prokurorun protesti təmin edilib və məhkumun növbəti cəzası üç dəfə artırılaraq onun 15 il 6 ay azadlıqdan məhrum edilməsi ilə bağlı qərar qəbul edilib.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə 2014-cü ildə 13 il müddətinə məhkum olunan Azər Şalıyev cəza çəkdiyi müəssisədə məhkum yoldaşı, qəsdən adam öldürmə maddəsi ilə 2014-cü ildən həbsdə olan Şəhriyar Baxşəliyevin boğazına ülgüclə ağır xəsarət yetirməkdə təqsirləndirilib.

İlk cəzasının bitməsinə 3 il qalmış növbəti dəfə cinayət törədən Azər Şalıyev barədə Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi açılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin sabiq hakimi Faiq Qəniyevin icraatına verilib.

2024-cü ilin oktyabrında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azər Şalıyevin əməli 127.2.3 (qəsdən sağlamlığa az zərər vurma) maddəsinə tövsiv edilərək o, əvvəlki cəzasının çəkilməmiş hissəsi ilə birlikdə 5 il azadlıqdan məhrum edilib.

Baş Prokurorluğun İttiham idarəsi hakimin bu qərarından narazı qalaraq hökmdən protest verərək cinayət işinin məhkəmədə yenidən araşdırılmasını istəyib. Bundan əlavə, o, əvvəlki ciddi rejimli müəssisədən xüsusi rejimli cəzaçəkmə yerinə köçürüləcək.

Azər Şalıyevin məhkum yoldaşı Şəhriyar Baxşəliyevin boğazına ülgüclə xəsarət yetirməsinə gəlincə isə təqsirləndirilən məhkum sərbəst ifadəsi zamanı vurğulayıb ki, insidentə səbəb Şəhriyarın ondan icazəsiz şəxsi qeyd kitabçasına baxması olub.

Bu hərəkət məhkumlar arasında yaxşı hal kimi qəbul olunmadığından onu cəzalandıraraq üzünə “silinməz iz” qoymağa cəhd edib. Bu an Şəhriyar üzünü yana çevirdiyindən ülgüc onun boğazına dəyib.  

Скопировано
Saxlanılan daha bir neçə tiktokerin cinayət işi ilə bağlı qərar verildi - Baku TV

Saxlanılan daha bir neçə tiktokerin cinayət işi ilə bağlı qərar verildi - Baku TV

Hadisə
09 января 2026 558 просмотров
“Böyük itkidir” | İş adamının ölüm səbəbi nədir? - Baku TV

“Böyük itkidir” | İş adamının ölüm səbəbi nədir? - Baku TV

Hadisə
09 января 2026 558 просмотров
"Uşaq elə anasının yanında..." | Sumqayıtda şagirdin ölümü hamını şoka saldı - Baku TV

"Uşaq elə anasının yanında..." | Sumqayıtda şagirdin ölümü hamını şoka saldı - Baku TV

Hadisə
08 января 2026 558 просмотров
Həbs edilən tanınmış reper barədə təcili açıqlama

Həbs edilən tanınmış reper barədə təcili açıqlama

Hadisə
08 января 2026 558 просмотров
“Gördüm ki, 2 nəfər “lapatka” ilə...” - Metronun “Nəsimi” stansiyasının çıxışında təhlükə  - Baku TV

“Gördüm ki, 2 nəfər “lapatka” ilə...” - Metronun “Nəsimi” stansiyasının çıxışında təhlükə - Baku TV

Hadisə
08 января 2026 558 просмотров
"Subay idi, zəng edib dedilər ki..." | Ölən gənc oğlanın əmisi baş verənləri danışdı - Baku TV

"Subay idi, zəng edib dedilər ki..." | Ölən gənc oğlanın əmisi baş verənləri danışdı - Baku TV

Hadisə
08 января 2026 558 просмотров
Yanğın Cəbrayıldan Füzulinin kəndlərinə yayıldı

Yanğın Cəbrayıldan Füzulinin kəndlərinə yayıldı

Hadisə
08 января 2026 558 просмотров
Gürcüstanda soydaşlarımızı qətlə yetirən şəxs Türkiyəyə qaçmaq istədi - Baku TV

Gürcüstanda soydaşlarımızı qətlə yetirən şəxs Türkiyəyə qaçmaq istədi - Baku TV

Hadisə
08 января 2026 558 просмотров
Tükürpərdən cinayəti törətməkdə ittiham olunanlar hakim qarşısında - Baku TV

Tükürpərdən cinayəti törətməkdə ittiham olunanlar hakim qarşısında - Baku TV

Hadisə
08 января 2026 558 просмотров
Salyanda baş verən qəzada 9 nəfər xəsarət aldı

Salyanda baş verən qəzada 9 nəfər xəsarət aldı

Hadisə
08 января 2026 558 просмотров
Выбранные
icon