Выбрать плеер:
Mina partlayışının qurbanı olan ANAMA-nın əməkdaşı dəfn edildi - Baku TV
Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi ərazisində mina hadisəsi baș verib.
ANAMA əməkdaşı, 31 yaşlı Muğan Mətili xidməti vəzifəsini yerinə yetirərkən tank əleyhinə mina partlayışı nəticəsində həyatını itirib.
Muğan Mətilinin meyiti Bala Bəhmənli kənd qəbiristanlığında dəfn edilib. Dəfn mərasimində mərhumun iş yoldaşları və kənd sakinləri iştirak ediblər.
“Vətənə çox bağlı oğlan idi. İki övladı var. Allah Muğam qardaşımızın yerini behişt etsin”, – mərhumun qohumu bildirib.
Скопировано
