"Yer-göy qan idi" | Binada faciəvi partlayış | "Vurub camaatı küçəyə atmışdı" - Baku TV
Bakının Nəsimi rayonunda yaşayış binasında ölümlə nəticələnən güclü partlayış baş verib.
Hadisə 20 Yanvar küçəsində yerləşən çoxmərtəbəli binaların birində qeydə alınıb.
Məlumata görə, mənzillərdən birində usta tərəfindən təmir işləri aparılarkən partlayış baş verib. 34 yaşlı Ömər Məhərrəmli kondisionerə qaz vurarkən baş verən partlayışın təsirindən 15-ci mərtəbədən yıxılaraq hadisə yerindəcə dünyasını dəyişib.
Sakinlərdən biri hadisə ilə bağlı Baku TV-yə danışıb.
“Çölə çıxanda ərazidə polis və yanğınsöndürən maşınların olduğunu gördüm. Hər tərəf qan içində idi. Kondisioner qazından belə güclü partlayışın olacağına inanmıram. Fikrimcə, binada qaz olmadığı üçün yaşayış məqsədilə istifadə edilən qaz balonu partlayıb”, – deyə o bildirib.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən verilən məlumata görə, 14 aprel 2026-cı il tarixində saat 14:20 radələrində Nəsimi rayonu ərazisindən çağırış daxil olub:
“Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası cəlb edilib. Briqada tərəfindən 34 yaşlı şəxsin həkimə qədər ölüm faktı qeydə alınıb. Hadisə nəticəsində xəsarət alan daha 2 nəfərə isə yerində zəruri tibbi yardım göstərilib”.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.
Тег #Nəsimi rayonu используется
- Bakıda binada baş verən faciəvi partlayışın səbəbi | Ölənlər var - Baku TV
- Paytaxtın mərkəzində yol çökdü, təhlükəli vəziyyət yarandı - Baku TV
- Otaq yoldaşını yatdığı yerdə öldürdü | Bakıdakı dəhşətli qətlin təfərrüatı - Baku TV
- Dostunun 1400 manat pulunu oğurlayan şəxs saxlanıldı - Baku TV
- Bakıda oğurluq edən şəxslər ələ keçdi
