Göyçayda itkin düşən şəxslə bağlı faciəvi xəbər | Mərhumun qohumu danışdı - Baku TV
Göyçayda 38 gün əvvəl Potu kəndi ərazisində suda batan şəxsin meyiti tapılıb.
Uzun müddət axtarışlardan sonra rayon sakini, 31 yaşlı Ramil Abdullayevin cansız bədəni Yuxarı Şirvan kanalının rayonun Qaraman kəndi ərazisindən keçən hissəsində aşkarlanıb.
Kənd sakinlərindən biri ərazidə qoyun otararkən suyun üzərində meyit görüb və dərhal Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə məlumat verib.
Əraziyə rayonun hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunub və Ramil Abdullayevin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Xatırladaq ki, Ramil Abdullayev martın 3-ü evdən çıxıb və bir daha geri qayıtmayıb.
Qeyd edək ki, həmin gün onun üst geyimi və ona məxsus əşyalar Yuxarı Şirvan kanalının kənarında tapılıb. Həmin vaxtdan kanalda onun axtarışlarına başlanılmışdı.
Hazırda faktla bağlı Göyçay rayon prokurorluğunda araşdırma aparılır.
