Выбрать плеер:
Kürdəmirdə dəfələrlə partlayan su xətti sakinlərə çətin anlar yaşadır - Baku TV
Kürdəmirdə su xətti növbəti dəfə partlayıb.
Hadisə Külüllü-Kürdəmir magistral su xəttinin rayonun Qaraqocalı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Sakinlərdən biri bildirib: “Ayda üç-dörd dəfə su xətti partlayır. Düzəldib qurtara bilmirlər, qalmışıq yaman gündə”.
Başqa bir sakin isə deyib: “Gecə saat 9 idi, bütün məhəllə suyun içində idi. Hara deyək dərdimizi? Kimə deyək dərdimizi?”.
Qeyd edək ki, 2013-cü ildə inşa olunan Külüllü-Kürdəmir magistral su xətti rayon mərkəzi də daxil olmaqla ümumilikdə 8400 abonenti su ilə təmin edir.
Скопировано
