Выбрать плеер:
Naxçıvanda ailə faciəsi yaşandı | Ər-arvadın sonunu nə gətirdi? - Baku TV
Naxçıvanda evdən ər və arvadın meyiti tapılıb.
Hadisə Babək rayonunun Yarımca kəndində qeydə alınıb.
Belə ki, 1987-ci il təvəllüdlü Allahverdiyev Baxşəli Yunis oğlu və onun həyat yoldaşı, 1992-ci il təvəllüdlü Hüseynova Gülnarə Xalıqverdi qızının meyiti yaşadıqları evdən tapılıb.
Hadisə ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, martın 22-də Babək rayonunun Yarımca kəndi ərazisində yerləşən fərdi yaşayış evlərinin birinin hamam otağında iki nəfərin – ər və arvad meyitinin aşkar edilməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılır.
Скопировано
