Выбрать плеер:

"Autizmli uşağını dəfələrlə təhqir edib" | 216 nömrəli məktəbdə nə baş verir?

07 ноября 2025 194 просмотров

Xəzər rayonundakı 216 nömrəli məktəbdə müəllimlərin məktəblinin gözü qarşısında əlbəyaxa olduğu görüntülər yayılıb.

İddialara görə, aralarındakı mübahisə fiziki qarşıdurmaya çevrilib. Hadisə müəllimlərdən biri tərəfindən mobil telefonla qeydə alınıb.

Baku TV məsələni aydınlaşdırmaq üçün sözügedən məktəbdə olub.

Şagird və valideynlərin sözlərinə görə, insident musiqi müəllimi Əfsanə müəllimənin öz övladı ilə birlikdə dərsə gəlməsi səbəbindən baş verib. İngilis dili müəllimi Sədaqət müəllimə buna etiraz edib və hadisəni videoya çəkib.

“Bunlara görə dərs keçə bilmirik. İngilis dili müəlliməsi Sədaqət müəllimə hər şeydən narazı biridir. Bizim heç vaxt Əfsanə müəllimədən və onun uşağından narazılığımız olmayıb”, – deyə şagirdlərdən biri bildirib.

Məktəbin müəllimi Lalə Aydınovanın sözlərinə görə, Sədaqət müəllimə Əfsanə müəlliməyə hücum çəkib, autizimli uşağına qarşı dəfələrlə təhqiramiz ifadələr işlədib:

“Sədaqət müəllimə hər dəfə “xəstə uşağı ilə məşğul olsun, xəstə uşağının dərdini çəksin” kimi ifadələr deyib. Bu, ilk hal deyil, dəfələrlə təkrarlanıb. O, məktəbdə baş verən prosesləri icazə almadan çəkir və şəxsi münasibətləri yaxşı olmadığı insanlara qarşı istifadə edir”.

Məsələ ilə bağlı Bakı şəhər üzrə Təhsil İdarəsindən bildirilib ki, qeyd olunan müəllimin şagirdlərin qarşısında da davam etdirilən uyğunsuz davranışları tədris prosesinin pozulmasına, müəllim nüfuzuna, məktəb mühitinə və uşaq hüquqlarına zidd hesab olunur:

“Pedaqoji kollektivin üzvləri aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciət edəcək”.

Скопировано
Tovuzda erkən nikahın qarşısı alındı | 14 yaşlı qız danışdı - Baku TV

Tovuzda erkən nikahın qarşısı alındı | 14 yaşlı qız danışdı - Baku TV

Hadisə
16 декабря 2025 194 просмотров
Hacıqabulda dəhşətə gətirən qəza baş verdi

Hacıqabulda dəhşətə gətirən qəza baş verdi

Hadisə
16 декабря 2025 194 просмотров
Biləsuvarda gizlədilən cinayət üzə çıxdı - 24 SAAT

Biləsuvarda gizlədilən cinayət üzə çıxdı - 24 SAAT

Hadisə
16 декабря 2025 194 просмотров
Azərbaycan Universitetində tələbə yıxılaraq xəsarət aldı - Baku TV

Azərbaycan Universitetində tələbə yıxılaraq xəsarət aldı - Baku TV

Hadisə
15 декабря 2025 194 просмотров
Qubada dəm qazı müəllimin həyatına son qoydu - Baku TV

Qubada dəm qazı müəllimin həyatına son qoydu - Baku TV

Hadisə
15 декабря 2025 194 просмотров
Öldüyü deyilən 72 yaşlı qadınla bağlı dəhşət | Qandonduran cinayətin təfərrüatı - Baku TV

Öldüyü deyilən 72 yaşlı qadınla bağlı dəhşət | Qandonduran cinayətin təfərrüatı - Baku TV

Hadisə
15 декабря 2025 194 просмотров
“Girib hamısını məhv ediblər” | Kürdəmir sakini dəhşətli hücumdan danışdı - Baku TV

“Girib hamısını məhv ediblər” | Kürdəmir sakini dəhşətli hücumdan danışdı - Baku TV

Hadisə
15 декабря 2025 194 просмотров
Biləcəridə evlərin bünövrəsi niyə çökdü? | Qurumdan açıqlama - Baku TV

Biləcəridə evlərin bünövrəsi niyə çökdü? | Qurumdan açıqlama - Baku TV

Hadisə
15 декабря 2025 194 просмотров
Balakənin sabiq icra başçısının cinayət əməlləri ifşa olunub

Balakənin sabiq icra başçısının cinayət əməlləri ifşa olunub

Hadisə
15 декабря 2025 194 просмотров
Balakənin sabiq icra başçısı saxlanıldı | DTX əməliyyat görüntülərini yaydı - Baku TV

Balakənin sabiq icra başçısı saxlanıldı | DTX əməliyyat görüntülərini yaydı - Baku TV

Hadisə
15 декабря 2025 194 просмотров
Выбранные
icon