Выбрать плеер:

"Dedilər, evə əl gəzdirək, sonra isə..." - Evini satmaq istəyən qadın nə ilə üzləşdi? - Baku TV

18 февраля 2026 169 просмотров

Baku TV-nin qaynar xəttinə daxil olan şikayətdə Sabunçu rayon sakini Gülnar İsmayılova bildirir ki, anasının müalicəsi üçün yaşadığı evi “Lalafo” elan saytında satışa çıxarıb. Lakin dələduzlarla üzləşib.

Şikayətçinin sözlərinə görə, naməlum şəxslər onu aldadaraq evini əlindən alıb və pulunu mənimsəyiblər.

“Mənə yazdılar ki, gəlib evə baxmaq istəyirlər. Həmin gün axşam üç nəfər evimə gəldi. Onlardan biri Feyzullayev Aslan, digərləri Qəmbərov Ticayət və Məmməd Rəhim idi. Evə baxdılar. Əvvəl razılığa gələ bilmədik və getdilər. Gecə Ticayət Qəmbərov mənə yazdı ki, vəziyyətimə baxıb, anamın ağır xəstə olduğunu, övladımın və maddi sıxıntılarımın olduğunu nəzərə alıblar. Dedi ki, Feyzullayev Aslan tərəfindən mənə təklif var, istəsəm, səhər gəlib danışa bilərlər.

Səhər gəldilər və mənə təklif etdilər ki, kirayəyə çıxım, onlar da evdə təmir işləri aparıb baha qiymətə satsınlar. Mən kirayəyə çıxdım. Anamın müalicəsinə başım qarışdı, iki ay keçdi. Sonra evimə baxmaq istədim, amma imkan vermədilər. Bəhanə etdilər ki, bələdiyyə sənədi olmadığı üçün kommunal məsələləri həll etməliyəm. Şübhələnsəm də, məcbur qalıb sənədlərə imza atdım ki, guya bələdiyyə sənədi alacaqlar. Sonradan məlum oldu ki, həmin sənədlə evimi satıblar. Mən bir imzanın qurbanı oldum”, – Gülnar İsmayılova deyib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, həmin vətəndaşın ev satmaq vədi ilə aldadılaraq maddi vəsaitinin ələ keçirilməsi ilə bağlı polisə daxil olmuş müraciəti əsasında araşdırma aparılıb. Dələduzluq faktı üzrə başlanan cinayət işində təqsirləndirilən 1985-ci il təvəllüdlü Aslan Feyzullayev və 2003-cü il təvəllüdlü Orxan Həsənov polis əməkdaşları tərəfindən saxlanılıblar. Cinayət işi üzrə toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.

Скопировано
Kürdəmirdə ikimərtəbəli ev əşyaları ilə birlikdə yanıb kül oldu - Baku TV

Kürdəmirdə ikimərtəbəli ev əşyaları ilə birlikdə yanıb kül oldu - Baku TV

Hadisə
07 марта 2026 169 просмотров
“Gecə anasına deyib ki...” | Müəmmalı şəkildə yoxa çıxan kişi kanalda batıb? - Baku TV

“Gecə anasına deyib ki...” | Müəmmalı şəkildə yoxa çıxan kişi kanalda batıb? - Baku TV

Hadisə
07 марта 2026 169 просмотров
“Niyə qoyursan ki, vursun?!” - Qadın amansızlıqla öldürüldü | “Qorxurdu ki, başını...” - Baku TV

“Niyə qoyursan ki, vursun?!” - Qadın amansızlıqla öldürüldü | “Qorxurdu ki, başını...” - Baku TV

Hadisə
06 марта 2026 169 просмотров
“Sanki qardaşımı itirmişəm” | Məşhur müğənninin ölümünə görə göz yaşları sel oldu - Baku TV

“Sanki qardaşımı itirmişəm” | Məşhur müğənninin ölümünə görə göz yaşları sel oldu - Baku TV

Hadisə
06 марта 2026 169 просмотров
Gəncədə ticarət mərkəzində yanğın baş verib

Gəncədə ticarət mərkəzində yanğın baş verib

Hadisə
06 марта 2026 169 просмотров
Nadirə yatdığı yerdə 38 bıçaq zərbəsi | Məsciddə adam öldürənə hökm oxundu - Baku TV

Nadirə yatdığı yerdə 38 bıçaq zərbəsi | Məsciddə adam öldürənə hökm oxundu - Baku TV

Hadisə
06 марта 2026 169 просмотров
Ərini güllələdiyi deyilən Elmira sonra isə... | Sabunçuda qandonduran qətl - Baku TV

Ərini güllələdiyi deyilən Elmira sonra isə... | Sabunçuda qandonduran qətl - Baku TV

Hadisə
06 марта 2026 169 просмотров
“Camaat yığışmışdı, dedilər ki...” | Mingəçevirdə bədbəxt hadisə - Baku TV

“Camaat yığışmışdı, dedilər ki...” | Mingəçevirdə bədbəxt hadisə - Baku TV

Hadisə
06 марта 2026 169 просмотров
Gəncədə avtomobil yaşayış binasına çırpılıb

Gəncədə avtomobil yaşayış binasına çırpılıb

Hadisə
05 марта 2026 169 просмотров
Baku TV əməkdaşı Naxçıvanda İran dronunun düşdüyü ərazidə - Baku TV

Baku TV əməkdaşı Naxçıvanda İran dronunun düşdüyü ərazidə - Baku TV

Hadisə
05 марта 2026 169 просмотров
Выбранные
icon