Выбрать плеер:
"Mercedes" markalı avtomobil aşdı: Ölən və yaralılar var - Baku TV
Beyləqanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Şəhər ərazisində hərəkətdə olan "Mercedes" markalı avtomobil idarəetməni itirərək aşıb.
Hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb.
Beyləqan Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, yaralıların vəziyyəti ağırdır.
Qeyd olunub ki, ötən gün axşam saat 19 radələrində Beyləqan rayonunda avtoqəza hadisəsi səbəbi ilə kişi cinsli 2 nəfər tibb müəssisəsinə hospitalizasiya olunub. 57 və 53 yaşlı şəxslərə kəllə-beyin travması, komatoz vəziyyət diaqnozu təyin olunub.
Qeyd edək ki, hadisə nəticəsində 1 nəfərin həkimə qədər ölüm faktı qeydə alınıb.
Скопировано
