Выбрать плеер:
Qusarda dəhşətli qəza | Yaralılar xəstəxanaya çatdırıldı - Baku TV
Qusarda məktəbliləri maşın vurub.
Hadisə Qusar şəhər Elxan Güləliyev adına 2 nömrəli tam orta məktəbin qarşısında baş verib.
Hərəkətdə olan avtomobil yolu keçmək istəyən iki məktəbli qızı vurub. Xəsarət alan şagirdlər dərhal Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Məlumata görə, 2009 və 2010-cu il təvəllüdlü pasiyentlərə qapalı kəllə-beyin travması, bədənin müxtəlif nahiyələrinin əzilməsi diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib, vəziyyətləri stabil qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Скопировано
