Mingəçevirdə yaşlı qadın qəfil dünyasını dəyişdi | Qızı fəryad qopardı - Baku TV
Mingəçevirdə 62 yaşlı qadının meyiti aşkarlanıb.
Hadisə şəhərin Heydər Hüseynov küçəsində yerləşən yarımçıq mehmanxanada baş verib.
Məlumata görə, Şükufə Aslanova həmin mehmanxanada qızı ilə birlikdə yaşayırmış.
“Evdə birinci mərtəbədə oturmuşdum. Gördüm ki, çöldə bir qız ağlayır. Əvvəl düşündüm, bəlkə, onu kimsə döyüb. Çölə çıxanda məlum oldu ki, anası vəfat edib. Qız da ağlayaraq “məni də öldürün, anamla birlikdə basdırın” deyirdi.
Qonşular bildirdilər ki, qız xalasıgildə olub, anasına zəng edib, lakin telefona cavab verməyib. Tələsik gəlib, görüb ki, qapı bağlıdır, qadın da evdə ölü vəziyyətdədir. Mərhum süpürgəçi işləyirdi. Yuxarı mərtəbədə yaşayan qonşu isə bildirib ki, axşam işdən birlikdə gəliblər, qadının heç bir ağrısı olmayıb və sonra evinə gedib”, – mərhumun qonşusu deyib.
Faktla bağlı araşdırma aparılır.
