Выбрать плеер:
Zabratdakı qətllə bağlı məhkəmə nə qərar verdi? - Baku TV
Sevgilisi ilə birlikdə ərini öldürməkdə təqsirləndirilən Leyla Abbasova və Zahir Soltanovun cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının sona çatdığı elan edilib.
Dövlət ittihamçısı İsmayıl Cavadlı Leyla Abbasovanın 17 il, Zahir Soltanovun isə 19 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.
Məhkəmənin növbəti iclası aprelin 16-na təyin edilib.
Скопировано
