"Uşaqdan ötrü yandı, öldü" | Qandonduran ailə faciəsinin səbəbi | "Gəlin gördü ki, əri..." - Baku TV
Masallı rayonunun Qızılağac kəndində fərdi yaşayış evi yanaraq külə dönüb.
Hadisə nəticəsində baba və onun azyaşlı nəvəsi faciəvi şəkildə həyatını itirib.
Mərhumun qohumu Alim Hüseynov hadisə ilə bağlı jurnalistlərə danışıb.
“Dedilər ki, ev yanır. O, nəvəsini çıxarmaq üçün içəri girib, lakin özü də yanıb. Yanğının elektrik naqillərindəki qısaqapanmadan baş verdiyi ehtimal olunur”, – o söyləyib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, Nazirliyin müvafiq qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Bir-birinə bitişik tikilmiş fərdi yaşayış evlərində baş verən yanğın söndürülüb, yaxınlıqdakı digər tikililər alovdan mühafizə edilib.
Yanğın yerinin kəşfiyyatı zamanı 1967-ci il təvəllüdlü Abdullayev Camaləddin Həsənağa oğlu və onun iki yaşlı nəvəsi Məmmədzadə Məhərrəm Mehman oğlunun yanmış meyitləri aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma davam etdirilir.
