Выбрать плеер:
Oğlunun ölüm xəbərinə ana ürəyi tab gətirmədi | Naxçıvanda faciəvi hadisə - Baku TV
Ordubad rayonunun Vənənd kəndində ailə faciəsi yaşanıb. Kənd sakini 29 yaşlı Elvar Babayev səhhətinin qəfil pisləşməsi nəticəsində dünyasını dəyişib. Onun ölüm xəbəri ailəsinə çatdırıldıqdan sonra 63 yaşlı anası Fatimə xanım da bu acıya dözməyərək vəfat edib. Ana bir gün sonra oğlunun yanında dəfn olunub.
"Oğlanın təzyiqi yüksək imiş, xəstəxanaya aparıblar, orada dünyasını dəyişib. Anası bu acıya dayana bilmədi, o da bir gün sonra vəfat etdi. Ana-bala birlikdə yaşayırdılar", – kənd sakinlərindən biri söyləyib.
Digər bir kənd sakini isə bildirib:
"Oğlan Türkiyədə çalışırdı. Şəkər xəstəliyi var idi. Ana da oğul itkisinə dözə bilmədi".
Скопировано
