FHN-dən Binəqədidəki güclü yanğınla bağlı açıqlama - Baku TV
Binəqədi rayonunda güclü yanğın baş verib.
Hadisə Binəqədi–Novxanı–Mehdiabad yolunun üzərində yerləşən obyektlərdən birində qeydə alınıb.
Əraziyə dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və xüsusi texnikalar cəlb olunub.
Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Taleh Babayev bildirib ki, hadisə yerinə çatan bölmələr mövcud şəraiti qiymətləndirib. Havanın küləkli olması və yanan tikiliyə bitişik digər obyektlərin yerləşməsi nəzərə alınaraq yanğının çağırış kodu dəyişdirilib və 2 saylı çağırış elan olunub.
“2 saylı çağırış əsasında əlavə qüvvələr hadisə yerinə cəlb edilib. Yaxın məsafədə yerləşən obyektlərin mühafizəsi məqsədilə bütün istiqamətlərdə yanğınsöndürmə lülələri açılıb. Obyektin daxilində taxta və karton taraların sıx şəkildə yığılması söndürmə işlərində müəyyən çətinliklər yaradır. Buna baxmayaraq, şəxsi heyət yanğının söndürülməsi üçün bütün istiqamətlərdə fasiləsiz iş aparır”, – deyə Taleh Babayev qeyd edib.
Тег #Binəqədi rayonu используется
- Binəqədidə obyekt yanır | Güclü külək FHN əməkdaşlarının işini çətinləşdirir - Baku TV
- Binəqədidə güclü yanğın | Əməkdaşımız hadisə yerindən son məlumatları çatdırdı - Baku TV
- “Hamısı tökülür camaatın başına” | Binəqədi sakinləri təhlükə ilə üz-üzə - Baku TV
- Yayda toz, qışda palçıq | Cantəpə yolları sakinləri təngə gətirib - Baku TV
- Görədildə torpaq sürüşdü, evlər qəzalı vəziyyətə düşdü - Baku TV
