Выбрать плеер:

Sakinlərə yalan vədlər verən qadın məhkəmə zalında qandallandı | Ağlasığmaz dələduzluğun təfərrüatı

30 апреля 2025 665 просмотров

Paytaxtda sakinlərin bir milyon manatdan artıq pulunu mənimsəməkdə təqsirləndirilən Tənzilə Kərimovanın cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən son prosesdə hökm oxunaraq Tənzilə Kərimova 10 il müddətinə azadlıqdan məhrum olunub. Onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarılaraq məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, Tənzilə Kərimova "Qat" sistemi adlı onlayn şəbəkə oyununa cəlb etdiyi 81 nəfərdən hesabına köçürülən 1 232 559 manatı mənimsəməkdə təqsirləndirilib.

Araşdırmalarla məlum olub ki, Tənzilə Kərimova həmin oyunlara müəyyən iştirakçıları qalib kimi seçərək onları şirnikləndirmək üçün əlavə ödənişlər edib. Onlayn şəbəkə oyununun 11 qrup rəhbəri olub və təşkilatçısı bu şəxslərin heç birini tanımayıb.

Bununla yanaşı, oyunun qaydalarından bəlli olub ki, 500 manat ödəyən ilkin olaraq 2500 manat alsa da, hesablar sonradan dondurulub.

Zərərçəkənlərin əksəriyyəti isə qadınlar olub. Onların bir neçəsi ilkin olaraq müəyyən qazanc əldə etsələr də, sonradan hesablarına yatırılan depozitlərin kəsildiyini görüb və bu barədə Daxili İşlər Nazirliyinə müraciət ediblər.

Nazirliyin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat zamanı Tənzilə Kərimova barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq − xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülərək istintaqa cəlb olunub.

Скопировано
"Həbsdən çıxdığı gün dedilər ki..." | Ramanadakı qandonduran qətlin detalları - Baku TV

"Həbsdən çıxdığı gün dedilər ki..." | Ramanadakı qandonduran qətlin detalları - Baku TV

Hadisə
09 июля 2026 665 просмотров
Bakıda dəhşətli ailə faciəsi | Həbsdən çıxan kişi öz evində qan tökdü - Baku TV

Bakıda dəhşətli ailə faciəsi | Həbsdən çıxan kişi öz evində qan tökdü - Baku TV

Hadisə
09 июля 2026 665 просмотров
“Səhərə qədər kəsmədi, hamısı qırıldı...” | Ağstafa sakinləri gecə vaxtı dəhşət yaşadı - Baku TV

“Səhərə qədər kəsmədi, hamısı qırıldı...” | Ağstafa sakinləri gecə vaxtı dəhşət yaşadı - Baku TV

Hadisə
09 июля 2026 665 просмотров
Balakəndə ehtiyatsızlıq 43 yaşlı kişini həyatından etdi - Baku TV

Balakəndə ehtiyatsızlıq 43 yaşlı kişini həyatından etdi - Baku TV

Hadisə
09 июля 2026 665 просмотров
Paytaxtın Yasamal rayonunda ikimərtəbəli fərdi yaşayış evində güclü yanğın baş verib - Baku TV

Paytaxtın Yasamal rayonunda ikimərtəbəli fərdi yaşayış evində güclü yanğın baş verib - Baku TV

Hadisə
09 июля 2026 665 просмотров
300 nəfər necə qurbana çevrildi? - Dəhşətli əməlin üstü açıldı - Baku TV

300 nəfər necə qurbana çevrildi? - Dəhşətli əməlin üstü açıldı - Baku TV

Hadisə
08 июля 2026 665 просмотров
24 yaşlı gəncin faciəvi ölümü | “Xilasedicilər çatana kimi...” | Çimərlikdə dəhşətli anlar - Baku TV

24 yaşlı gəncin faciəvi ölümü | “Xilasedicilər çatana kimi...” | Çimərlikdə dəhşətli anlar - Baku TV

Hadisə
08 июля 2026 665 просмотров
Katexçay və Balakənçaydan sel keçdi

Katexçay və Balakənçaydan sel keçdi

Hadisə
08 июля 2026 665 просмотров
Ağır cəza ilə nəticələnən hadisəyə səbəb nə olub? - Baku TV

Ağır cəza ilə nəticələnən hadisəyə səbəb nə olub? - Baku TV

Hadisə
08 июля 2026 665 просмотров
Zəngilanda itkin düşən 64 yaşlı kişinin yaxınları fəryad edərək kömək istədi - Baku TV

Zəngilanda itkin düşən 64 yaşlı kişinin yaxınları fəryad edərək kömək istədi - Baku TV

Hadisə
08 июля 2026 665 просмотров
Выбранные
icon