Samuxda bədbəxt hadisə | 71 yaşlı kişi həyatını itirdi - Baku TV
Samux rayonunun İnstitut qəsəbəsində ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Baku.tv-nin əldə etdiyi məlumata görə, 1955-ci il təvəllüdlü yerli sakin, 71 yaşlı Nəsibov Məmməd (ad şərtidir) fərdi yaşayış evinin həyətində təsərrüfat işləri görərkən ehtiyatsızlıqdan hündürlükdən yıxılıb. Ağır kəllə-beyin travması alan yaşlı kişi dərhal xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib, meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Samux rayon şöbəsinə təhvil verilib. Faktla bağlı Samux Rayon Prokurorluğunda araşdırmalara başlanılıb, ölümün dəqiq səbəbləri ekspertizanın rəyindən sonra bəlli olacaq.
