Выбрать плеер:
Sumqayıtda müəmmalı hadisə | 66 yaşlı kişi evində ölü tapıldı - Baku TV
Sumqayıt şəhərində 66 yaşlı kişinin meyiti aşkarlanıb.
Hadisə Qurd dərəsi bağları yaşayış massivində qeydə alınıb.
Belə ki, qonşular tərəfindən hüquq-mühafizə orqanlarına müraciətdən sonra Cabir Abdullayevin meyiti yaşadığı fərdi evdə tapılıb.
İlkin məlumata görə, kişi bir neçə gün əvvəl həyatını itirib. Ölüm səbəbi isə hələlik məlum deyil.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
Скопировано
