Выбрать плеер:
Bakıda avtomobil yoldan çıxaraq parka girdi - Baku TV
Bakının mərkəzində yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Mirzəağa Əliyev küçəsində qeydə alınıb.
İlkin məlumata görə, sürücü “Chevrolet” markalı, 77-LD-248 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yol kənarındakı dəmir maneələri aşaraq "Qış parkı"nın ərazisinə daxil olub.
Qəza zamanı avtomobilə və yol təsərrüfatına ciddi maddi ziyan dəyib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin, Təcili Tibbi Yardım Xidmətinin və Dövlət Yol Polisi əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.
Скопировано
