Выбрать плеер:
"Yazığın evi var idi ki?!" | Bakıda yeniyetmə bacı-qardaşın dəhşətə gətirən sonu - Baku TV
Dəm qazı zəhərlənməsi növbəti dəfə faciə ilə nəticələnib.
Paytaxtın Xətai rayonunda baş verən hadisə nəticəsində bacı və qardaş həyatını itirib.
Hadisə dekabrın 20-də axşam saatlarında rayondakı çoxmərtəbəli binalardan birində yerləşən mənzildə qeydə alınıb.
İlkin məlumata görə, 17 yaşlı Zeynəb Yaralıyeva və 16 yaşlı qardaşı Amin Yaralıyev dəm qazından boğularaq dünyasını dəyişiblər.
Hadisənin şahidi bildirir ki, faciə saat 20:00 radələrində baş verib:
“Evə qayıdanda səs-küy eşitdim. Həyəcanla yuxarı qalxdım ki, görüm səs bizim evdən gəlir, ya yox. Hamı yığışmışdı. Dedilər ki, bacı-qardaş rəhmətə gedib. Onlar burada anaları ilə yaşayırdılar”.
Скопировано
