Выбрать плеер:
87 yaşlı qadın kanalda batıb? - Tərtərdə müəmmalı hadisə - Baku TV
Tərtər şəhər sakini 87 yaşlı Solmaz Fərzəliyevanın suvarma kanalında batması ehtimal edilir.
Solmaz Fərzəliyeva həyat yoldaşının vəfatından sonra tək qaldığı üçün bacısı oğlunun himayəsində yaşayıb. Onun son zamanlar psixoloji gərginlik keçirdiyi deyilir.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub, axtarış-xilasetmə tədbirləri davam etdirilir.
Скопировано
