Выбрать плеер:
Suraxanıda faciəvi hadisə | Qonşu hər şeyi danışdı
Suraxanı rayonunda yaşayış binasındakı mənzillərdən birində yanğın baş verib.
Hadisə rayonun Cəlal Qurbanov küçəsində qeydə alınıb.
Məlumata görə, qazsızmasından yaranan partlayış nəticəsində evin çox hissəsi yanaraq yararsız hala düşüb.
Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.
Hadisə yerinin kəşfiyyatı zamanı bir nəfərin yanmış meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.
Скопировано
