Hadisə
Выбрать плеер:

Toyuq dönəri yeyib zəhərləndilər | 27 nəfər xəstəxanalıq oldu

07 мая 2024

Zaqatalada dönərdən kütləvi zəhərlənmə olub. Zəhərlənənlərin sayının 25-dən çox olduğu bildirilir.

İlk olaraq xəstəxanaya zəhərlənmə əlamətləri ilə Mosul kənd sakini Aynur Məmmədova və onun 2 övladı – 15 yaşlı Ravil Məmmədov və 12 yaşlı Ruslan Məmmədov müraciət ediblər. Müayinə zamanı ana və 2 övladının dönər yedikdən sonra vəziyyətlərində narahatlıq yarandığı məlum olub.

Daha sonra isə eyni əlamətlərlə rayonun Muxax, Aşağı Tala kəndləri və başqa ərazilərdən bir neçə nəfər xəstəxanaya daxil olub. Hazırda zərərçəkənlərə tibbi yardımın göstərilməsi davam edir. İlkin ehtimala görə, zəhərlənmə toyuq ətindən hazırlanan dönərdən baş verib.

Dönərxana sahiblərindən biri Rəsul Fətəliyev deyib ki, toyuq ətini həmişə aldığı yerdən götürüb:

“Bu gün 200 nəfərə dönər satılıb, əmin olmaq üçün öz kollektivimiz də, mən də yemişəm. Toyuq dönəridir, toyuğun problemidir. Hər gün götürdüyümüz şirkətindir, sertifikatı da var. Ümid edirəm başqa problem olmaz”.

Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı məlumat veriləcək.

Скопировано
Göygöldə çayda batan Muradla bağlı son məlumat | Yeniyetmənin meyiti tapıldı

Göygöldə çayda batan Muradla bağlı son məlumat | Yeniyetmənin meyiti tapıldı

Hadisə
19 мая 2024
Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb

Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb

Hadisə
19 мая 2024
Göygöldə bədbəxt hadisə | FHN çayda batan Muradı axtarır

Göygöldə bədbəxt hadisə | FHN çayda batan Muradı axtarır

Hadisə
19 мая 2024
Qaxda yağış və dolu yağdı | Kənd sakinləri Baku TV-yə danışdı

Qaxda yağış və dolu yağdı | Kənd sakinləri Baku TV-yə danışdı

Hadisə
19 мая 2024
Binəqədidə bir neçə evdən oğurluq edildi | DİN məlumat yaydı

Binəqədidə bir neçə evdən oğurluq edildi | DİN məlumat yaydı

Hadisə
18 мая 2024
Külli miqdarda dələduzluq edən Asif Əsədullazadə hakim qarşısında

Külli miqdarda dələduzluq edən Asif Əsədullazadə hakim qarşısında

Hadisə
18 мая 2024
2 nəfərin qətlində təqsirləndirilən şəxslərin cəzaları dəyişdirildi

2 nəfərin qətlində təqsirləndirilən şəxslərin cəzaları dəyişdirildi

Hadisə
17 мая 2024
Qanunsuz silahlı birləşmələrə qoşulan azərbaycanlılara hökm oxundu

Qanunsuz silahlı birləşmələrə qoşulan azərbaycanlılara hökm oxundu

Hadisə
17 мая 2024
Bakının mərkəzində qeyri-adi qəza | Maşın mağazaya girdi

Bakının mərkəzində qeyri-adi qəza | Maşın mağazaya girdi

Hadisə
17 мая 2024
Zaqatalada güclü yanğın | 6 otaqlı evi alov bürüdü

Zaqatalada güclü yanğın | 6 otaqlı evi alov bürüdü

Hadisə
17 мая 2024
Выбранные
icon