Выбрать плеер:
Xaçmazda azyaşlı avtomobildə həyatından oldu | "Yolu keçə bilməyiblər"
Xaçmazda faciəvi hadisə baş verib.
Belə ki, rayon sakini, 1985-ci il təvəllüdlü qadın doğuş üçün Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılan zaman ərazidən keçən dəmir yolu xətti təmirə bağlandığına görə avtomobildə qalaraq vaxtında xəstəxanaya çata bilməyib. Nəticədə avtomobildə doğuş baş verib, lakin qadının övladının həyatını xilas etmək mümkün olmayıb.
Qadın Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və ona “vaxtından əvvəl doğuş” diaqnozu təyin edilib. Hazırda qadının müalicəsi tibb müəssisəsinin Ginekologiya və doğum şöbəsində davam etdirilir, vəziyyəti stabil olaraq qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Скопировано
