Xəzərdə dəhşətə gətirən qəza | FHN təcili hərəkətə keçdi
Yol-nəqliyyat hadisəsi zamanı sərnişin əzilən avtomobilin içərisində sıxılı vəziyyətdə qalıb.
Hadisə Xəzər rayonu, Zuğulba qəsəbəsi ərazisində yaşanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Çağrışla əlaqədar hadisə yerinə Fövqəladə Halla Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Ford” markalı yük avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib və sərnişin deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan vətəndaş, 2008-ci il təvəllüdlü Əzizov Teymur Marif oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
