Выбрать плеер:
Tofiq Musayev UFC-də ilk qələbəsini qazandı - Baku TV
Azərbaycanın Mütləq Döyüş Çempionatındakı təmsilçisi Tofiq Musayev növbəti döyüşünü keçirib.
36 yaşlı idmançı Amerika Birləşmiş Ştatlarının Sietl şəhərində təşkil olunan turnirdə çilili İqnasio Bahamondeslə qarşılaşıb.
Gərgin keçən üç raundda qalib müəyyənləşməyib. Hakimlər isə yekdilliklə Tofiq Musayevin qələbəsinə səs veriblər. Bu, Tofiq Musayevin UFC-də ilk qələbəsi olub.
Qeyd edək ki, idmançı ilk döyüşündə, ötən il iyunun 22-də Bakıda qırğızıstanlı Mıktıbek Orolbaya uduzub. İqnasio Bahamondes də sonuncu dəfə Bakıdakı turnirdə təmsilçimiz Rafael Fiziyevə məğlub olub.
Скопировано
