Выбрать плеер:

Azərbaycanın "yaşıl enerji" layihələri beynəlxalq karbon bazarında yeni uğura imza atdı - Baku TV

23 июля 2026 97 просмотров

Azərbaycanın enerji sektorunda daha bir tarixi uğur əldə olunub.

“AzərEnerji” ASC ilə “SOCAR Trading”in birgə əməkdaşlığı çərçivəsində Kəlbəcər rayonunda yerləşən “Çıraq-1”, “Çıraq-2”, “Soyuqbulaq”, “Meydan” və “Qamışlı” kiçik su elektrik stansiyaları beynəlxalq karbon sertifikatı almaq üçün uğurla qeydiyyatdan keçib. Bu stansiyalar üzrə illik 37 min ton karbon emissiyasının azaldılması təsdiqlənəcək və müvafiq karbon sertifikatları təqdim ediləcək.

Xatırladaq ki, bu ilin yanvarında Laçında yerləşən “Mirik” və “Qaraqışlaq” kiçik su elektrik stansiyaları İsveçrədə yerləşən beynəlxalq karbon sertifikatlaşdırma qurumu “Gold Standard” tərəfindən 10 745 vahid karbon krediti əldə edib. Bu, Azərbaycanın bərpaolunan enerji layihələri üzrə beynəlxalq karbon bazarında qazandığı ilk karbon kreditləri olmaqla ölkənin “yaşıl enerji” tarixində mühüm mərhələ hesab olunur.

Karbon sertifikatlarının əldə edilməsi istiqamətində işlər davam etdirilir. Hazırda Laçında yerləşən “Mişni”, “Alxaslı” və “Ağbulaq-2” su elektrik stansiyalarının beynəlxalq qeydiyyat prosesi davam edir. Eyni zamanda Zəngilanda yerləşən “Şayıflı”, “Cahangirbəyli”, “Zəngilan” və “Şeylanlı” su elektrik stansiyalarının karbon sertifikatları alması üçün hazırlanmış layihə sənədləri beynəlxalq ekspertlər tərəfindən qiymətləndirilir.

Скопировано
SOCAR-ın xaricdə ilk uğurlu kəşfiyyat layihəsi - Baku TV

SOCAR-ın xaricdə ilk uğurlu kəşfiyyat layihəsi - Baku TV

İqtisadiyyat
25 июля 2026 97 просмотров
Azərbaycanın Türkiyənin qaz bazarındakı mövqeyi yeni statistikada açıqlanıb - Baku TV

Azərbaycanın Türkiyənin qaz bazarındakı mövqeyi yeni statistikada açıqlanıb - Baku TV

İqtisadiyyat
24 июля 2026 97 просмотров
Ölkədə külək enerjisi istehsalında gözlənilməz dərəcədə böyük artım qeydə alınıb - Baku TV

Ölkədə külək enerjisi istehsalında gözlənilməz dərəcədə böyük artım qeydə alınıb - Baku TV

İqtisadiyyat
24 июля 2026 97 просмотров
"PowerChina Resources" ilə "yaşıl enerji" əməkdaşlığı müzakirə edilib - Baku TV

"PowerChina Resources" ilə "yaşıl enerji" əməkdaşlığı müzakirə edilib - Baku TV

İqtisadiyyat
24 июля 2026 97 просмотров
İran Azərbaycandan elektrik enerjisi idxalını artırdı - Baku TV

İran Azərbaycandan elektrik enerjisi idxalını artırdı - Baku TV

İqtisadiyyat
24 июля 2026 97 просмотров
ARDNF Azərbaycanın "Azəri-Çıraq-Günəşli" neft yatağı bloku ilə bağlı açıqlama yaydı - Baku TV

ARDNF Azərbaycanın "Azəri-Çıraq-Günəşli" neft yatağı bloku ilə bağlı açıqlama yaydı - Baku TV

İqtisadiyyat
23 июля 2026 97 просмотров
“GL Group” ABŞ-də dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu - Baku TV

“GL Group” ABŞ-də dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu - Baku TV

İqtisadiyyat
23 июля 2026 97 просмотров
Hasilatın neçə tonu “Azəri-Çıraq-Günəşli”nin payına düşüb? - Baku TV

Hasilatın neçə tonu “Azəri-Çıraq-Günəşli”nin payına düşüb? - Baku TV

İqtisadiyyat
23 июля 2026 97 просмотров
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzindən 100 nəfər məzun oldu - Baku TV

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzindən 100 nəfər məzun oldu - Baku TV

İqtisadiyyat
23 июля 2026 97 просмотров
"Wood Mackenzie"yə SOCAR-ın strateji hədəfləri barədə məlumat verilib - Baku TV

"Wood Mackenzie"yə SOCAR-ın strateji hədəfləri barədə məlumat verilib - Baku TV

İqtisadiyyat
23 июля 2026 97 просмотров
Выбранные
icon