Azərbaycanla müqavilələr Bolqarıstanı Aİ ölkələrindən fərqləndirib - Baku TV
"Bolqarıstan Azərbaycandan qaz tədarükünə dair uzunmüddətli müqavilələr sayəsində Avropa İttifaqı ölkələri arasında energetika baxımından əhəmiyyətli dərəcədə əlverişli mövqedədir".
Bu barədə jurnalistlərə Bolqarıstanın xarici işlər naziri vəzifəsini icra edən Nadejda Neynski bildirib.
"Azərbaycandan qaz tədarükünə dair uzunmüddətli müqavilələr sayəsində Bolqarıstan neft qiymətlərinin kəskin artmasının yaratdığı böhran şəraitində nisbətən daha əlverişli mövqedə qərarlaşıb", – deyə o bildirib.
Nazir hesab edir ki, Bolqarıstanın hələ öz qaz ehtiyatlarından istifadə etməsinə ehtiyac olmayıb.
"Düşünürəm ki, onlardan istifadə olunmur, çünki Bolqarıstan bu yaxınlarda LNG terminalı vasitəsilə 100 milyon kubmetr mayeləşdirilmiş təbii qaz alıb, özü də köhnə qiymətlərlə", – deyə o vurğulayıb.
Neynski qeyd edib ki, enerji resursları Bolqarıstana əsasən Qara dəniz vasitəsilə tədarük edilir, müvafiq olaraq, Hörmüz boğazının bağlanması ölkənin enerji təchizatına mənfi təsir göstərmir.
"Odur ki, tədarük və ehtiyatlarla bağlı problemimiz yoxdur. Problem qiymətlərdədir və burada bütün Avropa İttifaqı çərçivəsində ümumi həll yolları axtarmaq lazımdır", – deyə Neynski fikirlərini yekunlaşdırıb.
Тег #Bolqarıstan используется
- SOCAR-ın Bolqarıstandakı qazpaylayıcı şəbəkəsi | "İlkin layihələndirmə işləri tamamlanıb" - Baku TV
- İlham Əliyevin Münxendə Bolqarıstan Prezidenti ilə görüşündə nələr danışıldı? - Baku TV
- İlham Əliyev Münxendə Bolqarıstan Respublikasının Prezidenti ilə görüşüb - Baku TV
- Bolqarıstan Prezidenti istefa verəcəyini açıqlayıb
- Bolqarıstanda PUA hücumuna məruz qalan tankerin təxliyəsi başa çatdı
